Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi kərpic və beton istehsalı ilə məşğul olan bəzi zavodlarda yoxlamalar aparır

Fövqəladə Hallar Nazirliyi kərpic və beton istehsalı ilə məşğul olan bəzi zavodlarda yoxlamalar aparır
# 18 aprel 2007 15:34 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi inşaatda istifadə edilən materialların keyfiyyətini araşdırmağa, respublikada kərpic və beton istehsalı ilə məşğul olan bir sıra zavodlarda yoxlamalar aparmağa başlayıb. APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib. Onun bildirdiyinə görə, təxminən bir ay sonra respublikanın bütün bölgələrində xüsusi xilasetmə briqadaları fəaliyyətə başlayacaq. Nazir müavinin sözlərinə görə, Bakıda yaşayan əhalinin sayı artır. Buna görə də baş verə biləcək hər hansı yanğın hadisəsində əraziyə vaxtında çatmaq üçün 12 yerdə əlavə olaraq, yanğınsöndürmə məntəqələri tikilir: “Hazırda yalnız bir firma -"Kaspian Yıldız" idarə və müəssisələrə yanğınsöndürmə ləvazimatları təqdim edir. Nazirlik bu sahədə başqa firmaların da öz mallarını təqdim etmələri üçün dəfələrlə onlara müraciət edib. Lazımi tələbələrə cavab verdikdən sonra bu sahədə öz ləvazimatlarını təqdim edən firmaların sayı istənilən qədər arta bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR