Tağı Əhmədov: “Metroda gediş haqqı artırılmayacaq”
18 aprel 2007 16:22 (UTC +04:00)
“Binəqədi rayonunda tikiləcək yeni metro stansiyası ilə bağlı köçürüləcək qaçqın ailələri qeydiyyatda olduqları rayonlara göndəriləcək. Hər bir qaçqının müvəqqəti qeydiyyatda olduğu ərazi var”. APA-nın məlumatın görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. Onun sözlərinə görə, həmin qaçqın ailələri sözügedən ərazidə qeyri-qanuni məskunlaşıblar. Metropolitenin rəisi son vaxtlar metrolarda sərnişin sıxlığının yaranmasını təbii hal kimi qarşılamağı lazım bilib. Onun sözlərinə görə, digər nəqliyyat vasitələri ilə müqayisədə metroda gediş haqqı olduqca ucuzdur. Buna baxmayaraq, T. Əhmədov metroda gediş haqqının artırılmayacağını deyib: “Mənə 5 qəpik sərf edir”. /APA/
Sosial
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024
FHN Xızıda kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO
13:35
4 may 2024
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
13:09
4 may 2024