Bank Of Baku

Zaqatalada Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binasının inşasına başlanılıb

Zaqatalada Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binasının inşasına başlanılıb
# 19 aprel 2007 09:40 (UTC +04:00)
Zaqatalada Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının inşasına başlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası Zaqatala şəhəri Fikrət Əmirov küçəsində inşa olunur. Yaşayış binası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fondu hesabına tikiləcək. Hazırda sözü gedən binanın inşasında təməltökmə işləri gedir. RİH-dən APA-ya bildirilib ki, binanın inşasını ən qısa müddətdə başa çatdırıb, Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR