Bank Of Baku

Kanadada əməyin mühafizəsi ilə bağlı beynəlxalq konfrans keçirilir

Kanadada əməyin mühafizəsi ilə bağlı beynəlxalq konfrans keçirilir
# 19 aprel 2007 14:02 (UTC +04:00)
Beynəlxalq Əmək Təşkilatının və Əmək Müfəttişliklərinin Beynəlxalq Assosiasiyasının (ƏMBA) birgə təşkilatçılığı ilə Kanadanın Toronto şəhərində “Razılıqdan yüksək nəticəyə doğru” mövzusunda beynəlxalq konfrans keçirilir. Dövlət Əmək Müfəttişliyindən APA-ya verilən məlumata görə, aprelin 18-dən başlayan və sabah yekunlaşacaq konfransın keçirilməsində məqsəd ölkələr arasında əməyin təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Konfransda ƏMBA-nın üzvi olan 70-dən çox ölkənin nümayəndəsi iştirak edir. Tədbirdə Azərbaycanı Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov təmsil edir. Konfransdan sonra isə iştirakçılar əməyin təhlükəsizliyi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə müəssisələrə baş çəkəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR