Bank Of Baku

Naxçıvanda əmək yarmarkası keçirilib

Naxçıvanda əmək yarmarkası keçirilib
# 20 aprel 2007 10:45 (UTC +04:00)
Naxçıvan şəhərində əmək yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikası Məşğulluq İdarəsindən APA-ya verilən məlumata görə, yarmarkaya 69 müəssisə və təşkilatdan 560 vakant iş yeri barədə sifariş çıxarılıb. Təqdim olunan iş yerləri müxtəlif sahələri əhatə edir. İdarədən bildirilib ki, 27 özəl müəssisədən təqdim olunan boş iş yerlərinin sayı 88, 42 dövlət müəssisəsindən isə 472 olub. Yaramarka keçirilən müddət ərzində 35 nəfər daimi iş üçün göndəriş alıb. Göndəriş prosesi növbəti günlərdə də davam edəcək.
Qeyd edək ki, aprel ayı ərzində Naxçıvan MR-nın bütün rayonlarında əmək yarmarkaları keçirilib. Bu müddət ərzində 300-dən artıq işsiz vətəndaş daimi iş yeri ilə təmin olunub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR