Bank Of Baku

Nizaməddin Rzayev: “Azərbaycandan Mərkəzi Asiya ölkələrinə içməli suyun ixracı mümkündür”

Nizaməddin Rzayev: “Azərbaycandan Mərkəzi Asiya ölkələrinə içməli suyun ixracı mümkündür”
# 20 aprel 2007 11:33 (UTC +04:00)
Müraciətlər olarsa, Azərbaycan qonşu ölkələrə içməli su ixrac edə bilər. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə aprelin 20-də keçirdiyi mətbuat konfransında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Nizaməddin Rzayev deyib.
N.Rzayevin sözlərinə görə, Mərkəzi Asiya respublikalarına, xüsusilə də Qazaxıstan və Türkmənistana Azərbaycandan içməli suyun ixracı mümkündür. Amma bu günədək adıçəkilən ölkələrdən su alınması üçün Azərbaycan hökumətinə hansısa müraciət daxil olmayıb.
Xatırladaq ki, bir müddət əvvəl İsrailə Azərbaycandan içməli suyun ixracına dair müzakirələr aparılıb.
Qeyd edək ki, “Azərsu” ASC 2004-cü ilin iyul ayında keçmiş “Abşeronsu” ASC-nin bazasında yaradılıb, ölkə ərazisində su təchizatı və kanalizasiya xidmətləri göstərir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR