Bank Of Baku

Əlilik dərəcələrinin verilmə meyarları ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib

Əlilik dərəcələrinin verilmə meyarları ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib
# 25 aprel 2007 11:53 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik dərəcələrinin verilmə meyarları ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə “APA-Economcs”ə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Respublika Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin sədri İbrahim Heydərov bildirib ki, təkliflər təsdiqləndikdən sonra yeni qaydalar qüvvəyə minəcək. Təkliflərdə I, II və III qrup əlillik dərəcələrini ala biləcək şəxslərin hansı xəstəlikdən əziyyət çəkmələri ilə bağlı arayışlar əksini tapıb. İ. Heydərov bildirib ki, III qrup əlillik dərəcələrinin ləğvi məsələsi həmin təkliflərdə öz əksini tapmasa da, gələcəkdə bu məsələyə baxıla bilər. III qrup əlillərin əmək qabiliyyətli hesab olunduğunu deyən idarə sədri hazırda respublikada 47 min belə əlilin olduğunu da bildirib. Onun sözlərinə görə, 2006-cı ilin I rübünə qədər əlillərin sayında artma tendensiyası müşahidə edilsə də, həmin müddətdən əlillik dərəcələrinin verilmə halları kəskin şəkildə azalıb: “İndi əlillik dərəcələrini almağa hamı can atmır. Son bir ildə neqativ halların aradan qaldırılması istiqamətində ƏƏSMN çox geniş tədbirlər həyata keçirib ki, bunun da nəticəsində bir necə min nəfərin əlilik dərəcəsi ləğv olunub. Çünki onlara əlillik düşmürdü. Əlil həqiqətən də o adam olmalıdır ki, onun əmək qabiliyyəti məhdudlaşır, kənar köməyə ehtiyacı var”. İ. Heydərov deyib ki, bu il 374 nəfərə yaxın şəhid ailəsi, Qarabağ müharibəsi və Çernobıl əlili ƏƏSMN-nin xətti ilə tikilən binalarda mənzillə təmin ediləcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR