Bank Of Baku

Gəncədə “Əsrin bəlası-narkomanlığa yox deyək!” mövzusunda elmi-praktik konfrans keçirilib

Gəncədə “Əsrin bəlası-narkomanlığa yox deyək!” mövzusunda elmi-praktik konfrans keçirilib
# 25 aprel 2007 12:01 (UTC +04:00)
Gəncədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Gəncə şəhər icra hakimiyyəti ilə birgə narkomanlığın əhali arasında qarşısının alınması məqsədilə “Əsrin bəlası-narkomanlığa yox deyək!” mövzusunda elmi-praktiki konfrans keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə dövlət komissiyasının işçi qrupunun rəhbəri İsrafil Əliyev, işçi qrupun əməkdaşı Vasif Quliyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komissiyasının əməkdaşı Nərmin Quliyeva, Dövlət Gömrük Komitəsinin əməkdaşı Oqtay Məmmədov, Gəncə şəhər İcra hakimiyyəti başçısının birinci müavini Akif Ələkbərov, Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsinin rəis müavini Rafael İsmayılov iştirak edib. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Akif Ələkbərov tədbirə dəvət olunan qonaqları tədbir iştirakçılarına təqdim edib. Narkotik vasitələrin insan sağlamlığına mənfi təsirindən danışan Akif Ələkbərov Gəncə şəhəri üzrə 2006-cı ilin statistik göstəricilərinə nəzər salıb və 2006-cı ildə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsində narkotik maddələrlə bağlı 47 fakt aşkarlandığını deyib: “Ötən il Gəncə şəhər narkoloji dispanserində 383 nəfər narkoman qeydiyyatdan keçib. Onlardan 358 dispanser, 25 nəfəri isə profilaktik qeydiyyata alınıb”. Tədbirdə iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə nümayəndələri, yetkinlik yaşına çatmamışların profilaktikası işinin təşkili üzrə müfəttişlər, səhiyyə, gənclər və idman, təhsil qurumlarının rəhbərləri, məktəb direktorları, onların tərbiyə işləri üzrə müavinləri, dini qurumun nümayəndələri, tələbə və şagirdlər mövzu ilə bağlı onları maraqlandıran sualları aidiyyəti qurumun nümayəndəsinə ünvanlayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR