Bank Of Baku

Azərbaycanda əmək qanunvericiliyini pozan şirkətlərə qarşı tədbirlər gücləndiriləcək

Azərbaycanda əmək qanunvericiliyini pozan şirkətlərə qarşı tədbirlər gücləndiriləcək
# 27 aprel 2007 13:10 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək qanunvericiliyini pozan şirkətlərə qarşı tədbirləri gücləndirməyi planlaşdırır. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
F.Ələkbərov bu kateqoriyadan olan şirkətlərə qarşı repressiv tədbirlərin həyata keçirilməsinin əleyhinə olduğunu da vurğulayıb. Nazirin sözlərinə görə, ƏƏSMN fəaliyyətlərini mövcud qanunvericiliyə uyğun qurmaları üçün bütün müəssisələrə müraciət edib: “Müəssisələrin böyük hissəsi bizimlə əlaqələr qurur. Lakin elələri də var ki, bizim müraciətlərə məhəl qoymur. Onlara qarşı reydlər, yoxlamalar, qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilir”. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR