Bank Of Baku

Bu ilin I rübündə Naxçıvan MR-da 10 614 nəfər ünvanlı dövlət sosial yardımı alıb

Bu ilin I rübündə Naxçıvan MR-da 10 614 nəfər ünvanlı dövlət sosial yardımı alıb
# 30 aprel 2007 09:37 (UTC +04:00)
Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında (MR) 10 614 nəfər ünvanlı dövlət sosial yardımı alıb. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondundan (DSMF) APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, yanvarda 3892, fevralda 3707, martda isə 3015 ailəyə ünvanlı yardım ödənilib. Mart ayından başlayaraq, sosial yardm üçün müraciət edənlərin sayında azalmalar müşahidə edilir. Ümumilikdə, 2007-ci ilin I rübündə bütün növ müavinətlərin ödənişinə 1,367 mln. manat vəsait xərclənib.
DSMF-dən həmçinin bildirilib ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqlarının həcmi 2 dəfəyədək artıb və I rübün yekununda 4,638 mln. manat təşkil edib. Ötən ilin I rübündə isə bu göstərici 2,565 mln. manat olub. Özəl sektor üzrə toplanan sosial sığorta haqlarının həcmi isə 2,6 dəfə artıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR