Bank Of Baku

“Kor və zəif görən insanların sosial-iqtisadi inkişaf perspektivləri” mövzusunda mətbuat konfransı keçirilib

“Kor və zəif görən insanların sosial-iqtisadi inkişaf perspektivləri” mövzusunda mətbuat konfransı keçirilib
# 30 aprel 2007 13:41 (UTC +04:00)
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Britaniyanın OXFAM Beynəlxalq Humanitar Təşkilatının təşəbbüsü ilə “Kor və zəif görən insanların sosial-iqtisadi inkişaf perspektivləri” mövzusunda mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib ki, gözdən əlillərin cəmiyyətin bərabərhüquqlu insanları olması üçün hökumət bir sıra problemləri həll etməlidir. O, problemlərin həlli məqsədilə hökumət qurumlarına müraciət edildiyini söyləyib. Cəmiyyətin sədr müavini Bəybala İbadullayev isə gözdən əlillərin əməyin təşkilində problemlə qarşılaşdıqlarını vurğulayıb: “Gözdən əlillərin işlə təmin olunması üçün onlara xüsusi təhsil verilməli və bunun üçün xüsusi avadanlıqlardan istifadə edilməlidir. Ölkə qanunvericiliyində bu məsələ ilə bağlı boşluqlar var”. Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin və digər hökumət qurumlarının nümayəndələri isə bu problemlərin aradan qaldırılması məqsədilə silsilə tədbirlər həyata keçirdiklərini deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR