Bank Of Baku

Məcburi köçkünlər üçün təlim proqramları həyata keçirilir

Məcburi köçkünlər üçün təlim proqramları həyata keçirilir
# 30 aprel 2007 16:17 (UTC +04:00)
Yevlax rayonunun Kövər kəndində Təhsil Nazirliyi, BMT-nin Ümumdünya Ərzaq Proqramı və “Ümidli gələcək” Gənclər Təşkilatının təşəbbüsü ilə Kəlbəcərdən olan məcburi köçkün müəllimlər üçün “Həyati bacarıqlara əsaslanan tədrisə dair təlim proqramı” üzrə seminar keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda iştirakçılara uşaq hüquqları, qeyri-formal təhsil metodları, QİÇS və digər yoluxucu xəstəliklərlə bağlı məlumat verilib. Həmçinin insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının tarixi və nəzəri əsasları, ombudsmanın fəaliyyəti barədə söz açılıb. Rayonun Aran qəsəbəsində ağdamlı köçkün uşaqların təhsil aldıqları məktəblərdə də 3 günlük təlim keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR