Bank Of Baku

Naxçıvan Dövlət Universitetində alman faşizmi üzərində qələbənin 62-ci ildönümü münasibəti ilə tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində alman faşizmi üzərində qələbənin 62-ci ildönümü münasibəti ilə tədbir keçirilib
# 04 may 2007 08:17 (UTC +04:00)
Naxçıvan Dövlət Universitetində alman faşizmi üzərində qələbənin 62-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Bu barədə APA-ya Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli alman faşizmi üzərində qələbənin əhəmiyyətindən bəhs edərək Azərbaycan xalqının müharibədə göstərdiyi şücaət və qəhrəmanlıqlarından söz açıb. Rektor bu gün çox az bir qismi həyatda yaşayan müharibə veteranlarını gənc nəsil üçün canlı rəşadət məktəbi kimi dəyərləndirib. Universitetin “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix elmləri namizədi, müharibə veteranı İbrahim Hüseynov “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” mövzusunda çıxış edərək 681 min nəfər azərbaycanlının bu müharibədə iştirak etdiyini, 250 min nəfər itki verdiyini, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib. Tarixi faktlara və statistik məlumatlara söykənən tarixçi alim müharibə dövründə xalqımıza qarşı erməni iftira və fitnəkarlıqlarından danışıb. Tədbirin sonunda universitet rəhbərliyi müharibə veteranlarını Qələbə bayramı münasibəti ilə təbrik edərək onlara hədiyyələr təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR