Bank Of Baku

QHT-lərin rəhbərlik etdiyi altı koalisiya vətəndaşları və hökuməti bir araya gətirən planlarını bəyan edəcək

QHT-lərin rəhbərlik etdiyi altı koalisiya vətəndaşları və hökuməti bir araya gətirən planlarını bəyan edəcək
# 04 may 2007 12:46 (UTC +04:00)
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “Vətəndaş cəmiyyəti” layihəsi mayın 7-də ictimai maraqların dəstəklənməsi üzrə keçiriləcək ziyafətdə dialoq təşkil edəcək. USAİD-in Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirdə QHT-lər və biznes dairələrindən ibarət olan altı koalisiya Azərbaycanda sosial və iqtisadi şəraitin yaxşılaşdırılmasını hədəf götürən kampaniyalar vasitəsilə vətəndaşları və hökuməti bir araya gətirmək üçün öz planlarını bəyan edəcəklər. Tədbirə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi, Prezidentin İcra Aparatının, hökumətin, biznes dairələrinin, beynəlxalq donor təşkilatlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaqlar. Koalisiyaların həyata keçirəcəyi fəaliyyət Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlar, biznes, bələdiyyə, yerli icra hakimiyyəti və mərkəzi hökumət nümayəndələrinin qatıldığı və 250 nəfərin iştirak etdiyi ictimai dialoqun davamı olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR