Bank Of Baku

Astarada şəhidlərin xatirə kompleksi yenidən qurulur

Astarada şəhidlərin xatirə kompleksi yenidən qurulur
# 07 may 2007 08:42 (UTC +04:00)
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında canlarını fəda etmiş astaralıların şərəfinə şəhərin mərkəzində 1998-ci ildə tikilmiş şəhidlərin xatirə kompleksinin memarlıq baxımından milli-mənəvi dəyərlərə uyğun yeni məkana köçürülməsinə başlanılıb. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon İcra Hakimiyyəti (RİH) aparatının şöbə müdiri Azər Abdullayev məlumat verib. Onun sözlərinə görə, şəhidlərin xatirə kompleksinin köçürüldüyü ərazidə Sovet İttifaqı Qəhrəmanları Mirzə Cəbiyev və İlya Kaverinin, həmçinin 1941-ci ildə ictimai asayişin qurunması zamanı həlak olmuş milis əməkdaşı Qulamhüseyn Əliyevin məzarları yerləşir. Hazırda burada genişləndirmə işləri aparılır. Kompleksin tikintisini mayın sonunda başa çatdırmaq nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR