Bank Of Baku

Ombudsman Elmira Süleymanova: “Lənkəranda aparılan abadlıq-quruculuq işləri insan hüquqlarının təmin olunmasına xidmət edir”

Ombudsman Elmira Süleymanova: “Lənkəranda aparılan abadlıq-quruculuq işləri insan hüquqlarının təmin olunmasına xidmət edir”
# 07 may 2007 09:03 (UTC +04:00)
Ötən həftənin sonunda Lənkəranda səfərdə olan Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman), professor Elmira Süleymanova şəhərin bir sıra idarə və müəssisələrinin əmək kollektivləri ilə görüşlər keçirib. APA-nın cənub bürosunun məlumatına görə, E. Süleymanova öncə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə baş çəkərək, burada müalicə olunan xəstələrin vəziyyəti və onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə maraqlanıb. Daha sonra E. Süleymanova Lənkəran Tikiş Fabrikinin kollektivi ilə görüşüb. Qonağa müəssisədə istehsal olunan məhsulların çeşidi və işçilər üçün yaradılan şərait barədə məlumat verilib. Ombudsman Osman Mirzəyev adına qarışıq tipli uşaq evi ilə də tanış olub. Yerli KİV nümayəndələrinə açıqlamasında E.Süleymanova Lənkəranda gördüklərindən məmnun qaldığını vurğulayıb: “Son vaxtlar Lənkəranın siması tanınmaz dərəcədə dəyişib. Çoxlu yeni tikililər, sosial-mədəni obyektlər istifadəyə verilib. Fikrimcə, burada infrastrukturun təkmilləşməsi, geniş miqyaslı abadlıq-quruculuq işləri məhz insan hüquqlarının təmin olunmasına xidmət edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR