Bank Of Baku

Qərib Məmmədov: “Bəzi bələdiyyələr qonşu bələdiyyənin ərazisinə, yaxud dövlət torpağının adına sərəncam verir”

Qərib Məmmədov: “Bəzi bələdiyyələr qonşu bələdiyyənin ərazisinə, yaxud dövlət torpağının adına sərəncam verir”
# 07 may 2007 12:43 (UTC +04:00)
“Bəzi bələdiyyələr öz ərazisinə deyil, qonşu bələdiyyənin ərazisinə və yaxud dövlət torpağının adına sərəncam verir ki, bu da sonradan problemlər yaradır”. APA-nın məlumatına görə, bunu Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Bələdiyyələrin dövlət torpaqları adına sərəncam verməsi ilə bağlı komitədə müzakirələr aparıldığını və müvafiq orqanlara tapşırıqların verildiyini deyən Q. Məmmədov bunun qarşısının alınmasını vacib sayır: “Vətəndaş bu tipli sərəncamı alıb, onu hüquqi sənəd kimi başa düşür və sonra torpağın texniki pasportunu almaq üçün bizə müraciət edir. Təbii ki, biz bunu yoxlayırıq və görürük ki, həmin yer sənəd verən bələdiyyənin deyil. O zaman da vətəndaş bizdən texniki pasport ala bilmir və bununla bağlı narazılıq yaranır. Belə sənədlər verən bələdiyyələr haqqında ciddi tədbir görülür. Qanuna görə dövlət torpaqları qanunla alğı-satqı obyekti ola bilməz”. Dövlət Neft Şirkətinə aid olan torpaqların da bu kateqoriyadan olduğunu bildirən Q. Məmmədov bələdiyyələrin qeyri-qanuni olaraq dövlət torpaqlarına sərəncam verməsinin qarşısının alınmasını vacib sayır. Evləri sökülən şəxslərə kompensasiyanın ödənilməsinə gəldikdə, komitə sədri bildirib ki, yalnız qanuni sənədləri olan şəxslərə kompensasiya ödənilir: “Digər hallarda, qeyri-qanuni yer tutub ev tikənlər üçün kompensasiya nəzərdə tutulmur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR