Bank Of Baku

Bərdənin Kolayır və Mirzəcəfərli kəndlərində yeni ATS-lər istifadəyə verilib

Bərdənin Kolayır və Mirzəcəfərli kəndlərində yeni ATS-lər istifadəyə verilib
# 08 may 2007 08:41 (UTC +04:00)
Bərdənin Kolayır və Mirzəcəfərli kəndlərində yeni avtomat telefon stansiyaları (ATS) quraşdırılıb və istifadəyə verilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, qurğuların hər biri 128 nömrə tutumuna malikdir. İndiyədək bu yaşayış məntəqələrində telefon rabitə sistemi olmayıb. Sakinlərin sözlərinə, bu xidmət sahəsindən istifadə etmək üçün həmişə rayon mərkəzinə üz tutmalı olublar. Bərdə Rayon Telekommunikasiya Qovşağının rəisi Ramin Məmmədovun APA-ya verdiyi məlumata görə, yeni stansiyalar Heydər Əliyevin anadan olmasının 84 illiyi ərəfəsində kənd sakinlərinə hədiyyə edilib. Bundan sonra kənd sakinləri dünyanın istənilən nöqtəsi ilə telefon əlaqəsi yaratmaq imkanı qazanıblar. Bununla yanaşı, bu rabitə qurğuları kəndlilərlə parolsuz İnternet xidmətindən istifadə etmək imkanı da verir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR