Bank Of Baku

Zaqatalada faşizm üzərində qələbənin 62-ci ildönümü qeyd edilir

Zaqatalada faşizm üzərində qələbənin 62-ci ildönümü qeyd edilir
# 08 may 2007 08:53 (UTC +04:00)
Bu gün Zaqatalada faşist Almaniyası üzərində qələbənin 62-ci ildönümü qeyd edilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə kompleksinin önünə əklil qoyma ilə başlayan tədbir rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Qala düzü” restoranında davam etdiriləcək. Mərasimdə rayonda yaşayan Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi iştirakçıları və əmək veteranları iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR