Bank Of Baku

Zaqatalanın Muxax kəndində yeni çəkilən təbii qaz xəttinin açılış mərasimi keçirilib

Zaqatalanın Muxax kəndində yeni çəkilən təbii qaz xəttinin açılış mərasimi keçirilib
# 08 may 2007 08:57 (UTC +04:00)
Zaqatala rayonunun Muxax kəndində yeni çəkilən təbii qaz xəttinin açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) məlumat verilib. Muxax kəndinə təbii qaz xəttinin çəkilişinə ötən ilin may ayından başlanıb, rayonun Aşağı Tala kəndində yerləşən Qaz Paylayıcı Stansiyasından (QPS) Muxax kəndinə 7,5 km uzunluğunda orta təzyiqli qaz xətti çəkilib. Carı ilin aprel ayından başlayaraq kənd daxilində aşağı təzyiqli qaz xətlərinin çəkilişinə başlanılıb və kənd ərazisində 2000 metr uzunluğunda aşağı təzyiqli qaz xətti çəkilib. Mayın 7-nə qədər kənddə artıq 10 yaşayış evinə təbii qaz çəkilib. Ötən gün Muxax kəndində yeni çəkilən təbii qaz xəttinin açılış mərasimi keçirilib. Açılış mərasimində Zaqatala RİH aparatının, Qİİ-nin nümayəndələri və Muxax kənd sakinləri iştirak ediblər. Hazırda Muxax kəndində yaşayış evlərinə təbii qazın çəkilişi davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR