Bank Of Baku

Əlil uşaqların problemlərinin həlli üçün hazırlanan Milli Fəaliyyət Planı layihəsinin təqdimatı keçirilib

Əlil uşaqların problemlərinin həlli üçün hazırlanan Milli Fəaliyyət Planı layihəsinin təqdimatı keçirilib
# 08 may 2007 10:34 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, USAİD, “Save the Children” (Uşaqları Xilas) Təşkilatı və UNICEF-in “Xüsusi qayğıya ehtiyacı olan uşaqların (əlilliyi olan uşaqların) problemlərinə dair” I Milli Konfransın nəticəsi olaraq hazırladıqları Milli Fəaliyyət Planı (MFP) layihəsinin təqdimatını keçiriblər. APA-nın məlumatına görə, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov deyib ki, MFP-nın hazırlanmasında əsas məqsəd əlil uşaqların cəmiyyətdə inteqrasiyasına, onların uzunmüddətli qayğı ilə təmininə, inkulüziv təhsil almalarına və s. yardım göstərməkdir. Planda uşaqların bütün sahələrdə üzləşdikləri problemlərin həlli məqsədilə konkret tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda, əlillərlə bağlı qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması üçün də təkliflər verilib. Bu planın reallaşması üçün hökumətə və dövlət başçısına müraciət hazırlamağı təklif edən N. Seyidov deyib ki, təqdim etdikləri layihə qəbul edilərsə, ilk dəfə müəyyən edilmiş əlillik halları azalar, əlil uşaqların ailələrinin sosial müdafiəsi güclənər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR