Bank Of Baku

Arzu Rəhimov: “Azərbaycana hansısa ölkədən kütləvi miqrant axını müşahidə olunmur”

Arzu Rəhimov: “Azərbaycana hansısa ölkədən kütləvi miqrant axını müşahidə olunmur”
# 08 may 2007 08:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəhbəri Arzu Rəhimov bildirib. Prezidentin 2007-ci il 19 mart tarixli sərəncamı ilə yaradılan DMX-nin hələlik tam fəaliyyətə başlamadığını bildirən A. Rəhimov deyib ki, qurum tam işə başlayandan sonra miqrasiya məsələləri ilə bağlı ortaya çıxan suallara konkret cavab veriləcək. Onun sözlərinə görə, DMX hazırda prezidentin tapşırıqlarına uyğun olaraq, müvafiq tədbirlər həyata keçirir. A. Rəhimov deyib ki, xidmət strukturunun, say tərkibinin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görüləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR