Fövqəladə Hallar Nazirliyi Fransa və Almaniya şirkətlərindən texnikalar alacaq
09 may 2007 11:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib. K. Heydərov bildirib ki, lazım olan texnikaların alınması ilə bağlı Fransanın “Camiva” və Almaniyanın “Zigler” şirkətlərinə artıq sifariş verilib: “Bu şirkətlərin nümayəndələri xilasedicilərə və yanğınsöndürənlərə texnikadan istifadə qaydalarını öyrətmək məqsədilə treninqlər də keçirlər”.
Nazir qeyd edib ki, əvvəllər başqa ölkələrdən Azərbaycana gətirilən yanğınsöndürmə avadanlıqlar keyfiyyətsiz olub: “İndi isə bu avadanlıqlar Azərbaycanda “Kaspi-Yıldız” şirkətindən alınır”. K. Heydərov bildirib ki, tikinti şirkətlərinin yanğınsöndürmə avadanlıqlarını “Kaspi-Yıldız” şirkətindən almağa məcbur edilməsi barədə məlumatlar dezinformasiyadır: “Tikinti şirkətləri Fövqəladə Hallar Nazirliyinin sertifikatına uyğun olaraq istənilən şirkətin avadanlıqlarını ala bilərlər. Təbii və texnogen fəlakətlər arasında Azərbaycanda ən çox yayılanı yanğındır. Aparılan araşdırmalar göstərir ki, binaların zirzəmilərində yanğın törədən avadanlıqlardan istifadə olunur. Ona görə də kim nə deyir-desin, kim nə yazır-yazsın, bu sahədə qayda-qanun yaradılacaq. Müxalifətin mətbuat orqanları, bu işi bilməyənlər, artıq nədən yazacaqlarını bilmirlər. Biz öz işimizi görürük”. /APA/

Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024