FHN-nin “İzotop” Xüsusi Kombinatının nəzdindəki Bakı Radioaktiv Tullantılar Poliqonunun açılışı olub
09 may 2007 12:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə nazir Kəmaləddin Heydərov, prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi Vahid Əliyev, baş nazirin müavini Abid Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, səhiyyə naziri Oqtay Şirəliyev və digər dövlət rəsmiləri iştirak ediblər. “İzotop” Xüsusi Kombinatının direktoru Vüqar Hüseynov bildirib ki, poliqonun yaradılmasında və müasir avadanlıqlarla təchizatında ABŞ-ın Energetika Agentliyinin, Avropa Birliyi və MAQATE-nin yardımından istifadə olunub. Bu poliqon son 50 ildə Avropada tikilmiş ən müasir mərkəzlərdəndir.
Nazir K. Heydərov isə poliqonun nəzdində 4 milyon 300 min dollar dəyərində laboratoriya tikildiyini və radioaktiv maddələrin emalı blokunun yaradıldığını vurğulayıb. K. Heydərovun sözlərinə görə, bu laboratoriyalarda müxtəlif tədqiqatlar aparmaq imkanı var. Gələcəkdə mərkəzin imkanları daha da genişləndiriləcək. /APA/

Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024