Bank Of Baku

Naxçıvanda “Nəbatat Bağı”nın yeni inzibati binası istifadəyə verilib

Naxçıvanda “Nəbatat Bağı”nın yeni inzibati binası istifadəyə verilib
# 10 may 2007 10:42 (UTC +04:00)
Naxçıvanda AMEA-nın Naxçıvan bölməsi Bioresurslar İnstitutuna aid “Nəbatat Bağı”nın inzibati binası istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Babək rayonunun Şıxmahmud kəndi ərazisində yerləşən “Nəbatat Bağı”nın inzibati binasının açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və AMEA prezidenti Mahmud Kərimov da iştirak ediblər.
Qeyd edək ki, binada lazımi iş şəraiti yaradılması məqsədilə ötən ilin may ayından burada inşaat işlərinə başlanılmışdı. Müasir səviyyədə inşa olunan ikimərtəbəli binanın ilk mərtəbəsində gülçülük və bitki anbarları, geniş foye, təsərrüfat otaqları yaradılıb. Digər qatda isə elmi işçilər üçün nəzərdə tutulmuş ayrı-ayrı iş otaqları, 25 nəfərlik iclas zalı var. Bütün otaqlar lazımi avadanlıqlarla təchiz olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR