Bank Of Baku

“Təcrübədən Birliyə Doğru” adlı tədbir keçiriləcək

“Təcrübədən Birliyə Doğru” adlı tədbir keçiriləcək
# 10 may 2007 12:51 (UTC +04:00)
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi mayın 12-19-da Avrora Kamraniyası çərçivəsində “Təcriddən Birliyə Doğru” Beynəlxalq Gənclər Yığıncağının əməli icrasına start verəcək. Qurumdan APA-ya verilən məlumata görə, tədbirin əsas məqsəd sosial cəhətdən cəmiyyətdən təcrid olunmuş gəncləri sosial həyata fəal iştiraka cəlb etmək, “Hər kəs fərqli-Hər kəs bərabər” başlıqlı şüarı ilə Avrora Kamraniyasına dair məlumat vermək və kamraniya çərçivəsində qazanılmış təcrübələri birlikdə müzakirə etməkdən ibarətdir. Yığıncağın açılış mərasimi mayın 13-də Bilgəh qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin istirahət evində Avropanın 7 müxtəlif ölkəsindən gələn 20-yə yaxın gənclər təşkilatları nümayyəndələrinin iştirakı ilə açıq elan ediləcək. Tədbir zamanı iştirakçılar kampaniya çərçivəsində təşkil edilmiş fəaliyyətləri və gənclərin bu fəaliyyətlərdəki iştirakını müzakirə etməklə Avrora gənclərinin təcriddən birliyə doğru inteqrasiya rrosesini gözdən keçirəcəklər. Məlumat və təcrübə mübadiləsindən sonra iştirakçılar 4 fərqli qruplara bölünməklə Gəncə, Şəki, Şəmkir və Lənkəran bölgələrinə səfər və hər bir bölgədə sosial cəhətdən təcrid olunmuş gənclər üçün 2 günlük seminarlar təşkil edəcəklər. Seminarların yekununda isə iştirakçılar Avropada gənclərin qarşılıqlı yardımına doğru yönəlmiş layihələri birlikdə beynəlxalq seminarlar, dəyirmi masalar, layihənin davamlılığı və qiymətləndirilməsi kimi üsullardan istifadə etməklə tərtib edəcəklər. Kampaniyaya mayın 18-də Avrora Şurasının Bakı ofisində yekun vurulacaq. Layihə Avropa Şurasının Avrora Gənclər Fondu və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR