Bank Of Baku

“Heydər Əliyev ideya irsi, vətənpərvər, milli mənəvi və bəşəri dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib

“Heydər Əliyev ideya irsi, vətənpərvər, milli mənəvi və bəşəri dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib
# 11 may 2007 14:19 (UTC +04:00)
Müharibədən Zərər Çəkmiş Nəqliyyat İşçiləri İctimai Birliyi “Heydər Əliyev ideya irsi, vətənpərvər, milli mənəvi və bəşəri dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirib. APA-nın məlumatına görə, birliyin sədri Xədicə Babayeva “Yeni nəslin təlim-tərbiyəsi milli və bəşəri dəyərlər üzərində qurulmalıdır” mövzusunda məruzə ilə çıxış edib. O, H. Əliyev irsinin öyrənilməsinə diqqətin artırılmasının zəruriliyini vurğulayıb. Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib ki, Heydər Əliyevin həyatı hər bir Azərbaycan gənci üçün məktəb ola bilər. Sonra “Heydər Əliyev yolu” musiqili video-slaydı nümayiş etdirilib. Bununla yanaşı tədbirdə iştirak edən məktəblilərdən və tələbələrdən bir neçəsi “Gənc Heydərçi” döş nişanı və “Heydər Əliyev” adına diplomla təltif ediliblər. Tədbir H.Əliyevin ad gününə həsr edilən əbədi-bədii kompozisiya ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR