Bank Of Baku

Qadın Hüquqşünaslar Assosiasiyasının təqdimatı keçirilib

Qadın Hüquqşünaslar Assosiasiyasının təqdimatı keçirilib
# 14 may 2007 13:36 (UTC +04:00)
Bu gün Bakıda Qadın Hüquqşünaslar Assosiasiyasının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, qurum ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ABŞ Hüquqşünaslar Assosiasiyasının (ABA CELLİ) dəstəyi ilə yaradılıb. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi də iştirak edib. O, çıxışında qanunun aliliyinin əhəmiyyətini vurğulayıb: “Qanunun aliliyi insan haqlarına, söz azadlığına hörmət deməkdir”. Qeyd edək ki, Qadın Hüquqşünaslar Assosiasiyasının yaradılmasında məqsəd qanunvericilik prosesində qadınların rolunun artırılmasıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR