Bank Of Baku

Gender probleminin fəlsəfi, tarixi təhlilinə həsr olunmuş ilk kitab işıq üzü görüb

Gender probleminin fəlsəfi, tarixi təhlilinə həsr olunmuş ilk kitab işıq üzü görüb
# 15 may 2007 09:01 (UTC +04:00)
Azərbaycanın ictimai fikir tarixində ilk dəfə gender probleminin fəlsəfi, tarixi, siyasi-hüquqi təhlilinə və elmi-praktiki əhəmiyyətinə həsr olunmuş “Gender: cəmiyyət, insan hüququ, siyasət” kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, kitabın müəllifi AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşı, fəlsəfə elmləri namizədi Rəna Mirzəzadədir. “Gender: cəmiyyət, insan hüququ, siyasət” kitabı fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin elmi redaktorluğu ilə çapdan çıxıb. Monoqrafiyada gender problemlərinin fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətləri tədqiq olunur, gender dünyagörüşünün yeni elmi istiqamət kimi mahiyyəti, yaranması, kateqoriyalar sistemi və nəzəri-metodoloji aspekti tədqiqat obyekti olaraq öyrənilir. Kitabda gender və feminizmin oxşar və fərqli xüsusiyyətləri açıqlanır, insan hüququ və azadlıqları müstəvisində cinslərin sosiumda qarşılıqlı münasibətləri, siyasi proseslərdə yeri və rolu, bərabərliyi aydınlaşdırılır, rəsmi faktlara əsaslanan gender statistikası verilir, ictimai zəmində cinslər nisbəti məsələsi sosioloji sorğuya əsasən təhlil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR