Bank Of Baku

Beynəlxalq Ailə gününə həsr edilmiş “Mənim ailəm” III Respublika Festivalının açılış mərasimi keçirilib

Beynəlxalq Ailə gününə həsr edilmiş “Mənim ailəm” III Respublika Festivalının açılış mərasimi keçirilib
# 15 may 2007 09:03 (UTC +04:00)
Bu gün Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Beynəlxalq Ailə gününə həsr edilmiş “Mənim ailəm” III Respublika Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, festivalda 30 gənc ailə (ata, ana və uşaq) iştirak edir. Festivalın keçirilməsində məqsəd dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənc ailələrə dövlət qayğısının göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaq, ictimaiyyətin diqqət və səylərini onların sosial problemlərinin həllinə cəlb etmək, gənc ailələrin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, həmçinin cari ilin “Gənclər ili” elan edilməsi ilə əlaqədar olaraq planlaşdırılan tədbirlərin icrasını təmin etməkdir. Açılış mərasimində çıxış edən Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov festival çərçivəsində kulinariya müsabiqəsinin, intellektual bilik yarışlarının, “Biz mehriban ailəyik” adlı əyləncəli-musiqi yarışının, “Sağlam ailə cəmiyyətin təməlidir” adlı fotosərginin keçirildiyini də deyib: “Bu müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında milli kulinariyanın təbliği və inkişaf etdirilməsi, gənclərdə kulinariya mədəniyyətinin formalaşdırılması, gənclər arasında kulinariya sahəsi üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsidir. Kulinariya müsabiqəsi üç hissədən ibarətdir. I hissədə hər bir ailə 4 nəfərlik mövzulu süfrə bəzəyəcək, II hissədə hər bir ailə qəlyanaltı, qara qutu sinfində əsas xörək, III hissədə isə ailələr çay verəcək. Kulinariya müsabiqəsinin qalibləri xüsusi diplom və hədiyyələr, bir qalibə isə 6 aylıq pulsuz abunə kuponu mükafat olaraq təqdim olunacaq”. T.Əmiraslanov qeyd edib ki, müsabiqənin qalibləri günün sonuna kimi məlum olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR