Bank Of Baku

Şüvəlan Uşaq Evinin idman zalının təmiri və lazımi avadanlıqların alınması üçün xeyriyyə tədbiri keçirilib

Şüvəlan Uşaq Evinin idman zalının təmiri və lazımi avadanlıqların alınması üçün xeyriyyə tədbiri keçirilib
# 15 may 2007 14:45 (UTC +04:00)
Bu gün İWS Beynəlxalq Qadın Klubunun təşəbbüsü ilə Şüvəlan qəsəbəsində yerləşən Uşaq Evinin idman zalının təmiri və lazımi avadanlıqların alınması üçün xeyriyyə tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə “Puma” və “Les Copoins” firmasının geyimləri, Valentin Yudaşkinin cinsləri və əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın “Cazibə kolleksiyası” nümayiş etdirilib. Tədbirdə çıxış edən F. Xələfova bildirib ki, bu, onun klubla növbəti birgə layihəsidir: “Bu aksiyaların davamlı olacağını güman edirik. Hamını bu işə dəvət edirəm və bu işlə məşğul olan hər bir insana uğurlar arzulayıram”.
Tədbir zamanı əldə olunan gəlir nəzərdə tutulmuş məqsəd üçün sərf ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR