Bank Of Baku

Azərbaycanda deinstitualizasiya və alternativ qayğı haqqında Dövlət Proqramı dəyirmi masada müzakirə olunub

Azərbaycanda deinstitualizasiya və alternativ qayğı haqqında Dövlət Proqramı dəyirmi masada müzakirə olunub
# 16 may 2007 09:50 (UTC +04:00)
Bu gün “Park-İNN” hotelində “Azərbaycana Birgə Yardım” Təşkilatı Milli Məclis, Nazirlər Kabineti və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanda deinstitualizasiya və alternativ qayğı haqqında Dövlət Proqramının həyata keçirilməsini müzakirə etmək olub. Tədbir iştirakçıları qeyd ediblər ki, Azərbaycanda deinstitualizasiya və alternativ qayğı haqqında Dövlət Proqramı valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqların sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün dövlət təlim-tərbiyə müəssisələrindən ailələrə verilməsi, alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və tətbiqini təmin etmək məqsədilə 2006-cı ilin mart ayında prezident İlham Əliyev tərəfindən təsdiq olunub. “Azərbaycana Birgə Yardım” Təşkilatı 9 ilə yaxındır bu sahədə aktiv fəaliyyət göstərir və həssas təbəqədən olan insanlar üçün sosial xidmətlərin inkişafını sürətləndirmək məqsədilə vətəndaş cəmiyyəti, hökumət nümayəndələri və aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir.
Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli çıxışında bildirib ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqların ailələrə verilməsi təqdirəlayiq haldır. Onun fikrincə, bu proqramın dəstəklənməsi sosial problemlərin həllinə böyük təsir göstərəcək. Təhsil nazirinin müavini İradə Hüseynova qeyd edib ki, 2005-ci ildən bu günə qədər Azərbaycanda 325 uşaq ailələrə verilib: “Gələcəkdə uşaqların internat məktəblərə götürülməsi məhdudlaşdırılacaq. Çünki uşaqlar daha çox ailələrdə qalmalıdır”.
Tədbirin sonunda problemlərlə bağlı təklifləri ümumiləşdirib Milli Məclisə təqdim etmək üçün işçi qrup yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR