Bank Of Baku

Gəncənin hüquq-mühafizə orqanları yaşayış binalarında qanunsuz əlavə tikililərlə bağlı araşdırma aparacaq

Gəncənin hüquq-mühafizə orqanları yaşayış binalarında qanunsuz əlavə tikililərlə bağlı araşdırma aparacaq
# 16 may 2007 09:51 (UTC +04:00)
Gəncə şəhər icra hakimiyyətində şəhərin sanitar vəziyyətinə həsr olunmuş toplantı keçirilib. Toplantıda Gəncə şəhərinin bütün mənzil-istismar sahələrinin rəisləri və sahə müvəkkilləri iştirak edib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirdə ilk olaraq “Kəpəz” müstəqil teleradio şirkətinin hazırladığı film tədbir iştirakçılarına təqdim edilib. Filmdə şəhər ərazisində olan binalarda qanunsuz əlavə tikililərin tikilməsi, Gəncənin mərkəzi və ətraf küçələrində antisanitariya şəraitində xırda küçə alveri ilə məşğul olma faktları, zibilliklərin vaxtı-vaxtında təmizlənməməsi, bəzi ətraf qəsəbələrdə böyük zibilliklərin olması, icra hakimiyyəti başçısı Eldar Əzizovun təşəbbüsü ilə yaradılan nümunəvi məhəllələrdə uşaqlar üçün yaradılan oyun meydançalarının baxımsızlıqdan bərbad hala düşməsi kimi kadrlar öz əksini tapıb. Filmin nümayişindən sonra Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Şahmalı Cavadov məruzə ilə çıxış edərək Gəncə şəhərinin müasirləşdiyi və abadlaşdığı bir vaxtda mərkəzi və ətraf küçələrdə bu kimi neqativ halların hələ də mövcud olduğunu bildirib. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov 5 və 8 saylı mənzil-istismar sahələrinin ərazilərində yerləşən binalarda qeyri-qanuni əlavə tikililərin olması səbəbilə həmin sahələrin rəislərinə ciddi xəbərdarlıq edib və hüquq-mühafizə orqanlarına bu sahələrinə rəislərindən izahat almağı tapşırıb. O bildirib ki, bu qanunsuz tikililərə hansı yolla icazə verildiyi qanun çərçivəsində araşdırılacaq. Daha sonra Eldar Əzizov Gəncə Dövlət Dəmir Yol İdarəsinin rəhbərliyinə Dəmiryolçular qəsəbəsində yerləşən zibilliyin yığışdırılması üçün bir həftə vaxt verib. Daha sonra tədbir media nümayəndələrinin iştirakı olmadan davam etdirilib. Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Eldar Əzizov tənqid olmayan yerdə inkişaf olmadığını deyib: “Özünütənqid bizdə artıq bir normaya çevrilib. Bu gün Gəncə şəhəri inkişaf edir və biz belə hesab edirik ki, daha da yaxşı işləməyə qadirik. Bu tədbiri keçirməkdə əsas məqsədimiz ehtiyatları müəyyənləşdirmək və gələcəkdə bu ehtiyatlardan daha səmərəli istifadə etməkdir. Bu gün iki mənzil-istismar sahəsinin ərazisində problemlər aşkarladıq və hüquq-mühafizə orqanları yaşayış binalarının qarşısında qanunsuz tikililərə hansı yolla icazə verildiyini araşdıracaqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR