Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində tikilməkdə olan obyektlərin müdiriyyəti yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində tikilməkdə olan obyektlərin müdiriyyəti yaradılır
# 29 may 2007 08:42 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nəzdində tikilməkdə olan obyektlərin müdiriyyətinin yaradılması haqqında qərar qəbul edib. Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Qurumun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı əlil olanlar, şəhid ailəsi üzvləri və əhalinin digər aztəminatlı hissəsi üçün ƏƏSMN tərəfindən inşa edilən yaşayış binalarının, fərdi evlərin və digər əsas fondların vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsi, aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsidir. Qurum təsərrüfat hesablı müəssisə olacaq. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR