Bank Of Baku

2020-ci ildə tütün 10 milyon insanın ölümünə səbəb olacaq

2020-ci ildə tütün 10 milyon insanın ölümünə səbəb olacaq
# 30 may 2007 10:10 (UTC +04:00)
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi 31 may - Beynəlxalq Tütünsüz Günə həsr olunmuş Dəyirmi Masa keçirilib. APA-nın məlumatına görə, tədbiri Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, IREX-in İnternetin İnkişafı və Təlimi Proqramı (IATP) ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi birgə təşkil edib. BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç bildirib ki, hər il dünyada tütünün yaratdığı xəstəliklərdən 5 milyona yaxın insan ölür. 2020-ci ildə isə tütün 10 milyon insanın ölümünə səbəb olacaq. Bu gün siqaret çəkən insanların yarısı - 650 milyona yaxını sonda tütündən öləcək. Ümumilikdə siqaret çəkənlərin 10%-i, gün ərzində 2 qutu tütün çəkənlərin isə 15-20%-i sonda təhlükəli şişlərdən dünyasını dəyişir. E. Selimoviçin sözlərinə görə, hər il dünyada yüz milyonlarla insan başqasının çəkdiyi siqaretin tüstüsündən əmələ gələn xəstəliklərdən vəfat edir. Tütün çəkən ailələrdə ürək-damar xəstəlikləri tütündən istifadə etməyən ailələrə nisbətən 2-20 dəfə çox olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Samir Mehdiyev isə bildirib ki, bu il Beynəlxalq Tütünsüz Günün mövzusu “Siqaret tüstüsündən 100 faiz azad mühit”dir. Siqaret çəkməyin artıq Azərbaycanda da aktual problem olduğunu deyən S. Mehdiyevin fikrincə, əvvəllər ölkədə kiçik yaşlı uşaqlar və qadınlar tütündən istifadə etməsə də, artıq belə hallara tez-tez rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının “Sağlam həyat tərzi” proqramının milli koordinatoru Azad Hacıyev əlavə edib ki, dünyada siqaret çəkənlərin sayının azaldılması üçün bir necə üsul tətbiq olunur. Narkoloq Asif Məmmədov isə siqaret çəkənləri sabahın narkomanı adlandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR