Bank Of Baku

Əbülfəz Xəlilov: “Bələdiyyə assosiasiyaların birləşməsinə ehtiyac yoxdur”

Əbülfəz Xəlilov: “Bələdiyyə assosiasiyaların birləşməsinə ehtiyac yoxdur”
# 30 may 2007 13:13 (UTC +04:00)
“Kənd, qəsəbə və şəhər bələdiyyələri assosiasiyaları fəaliyyət göstərdikləri ərazilərdə cəmiyyətin sosial-iqtisadi problemlərinin həllini ilə məşğul olurlar”. Bunu Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Əbülfəz Xəlilov APA-nın müxbirinin “Fəaliyyət göstərən üç assosiasiya gələcəkdə birləşə bilərmi” sualına cavabında deyib. O, hər assosiasiyanın öz xüsusiyyətinə uyğun fəaliyyət göstərdiyini də bildirib. Assosiasiya sədri qurumların birləşməsinə ehtiyatın olmadığını deyib.
Qeyd edək ki, ötən ilin sonunda Azərbaycanda kənd, qəsəbə və şəhər bələdiyyələri assosiasiyaları yaradılıb. /APA/.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR