Bank Of Baku

Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 14-cü plenar sessiyası başlayıb

Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 14-cü plenar sessiyası başlayıb
# 30 may 2007 13:13 (UTC +04:00)
Konqresin sessiyasını işıqlandırmaq üçün APA-nın Strasburqa ezam olunmuş müxbirinin bildirdiyinə görə, iyunun 1-ə kimi davam edəcək iclasda müzakirə olunan prioritet məsələlər sırasında Avropa sərhədləri kənarında, məsələn Mərakeş, Yaponiya, Meksika ilə yerli demokratiya sahəsində əməkdaşlıq, Konqresin yüksəlməkdə olan siyasi rolunu nəzərdə tutan yeni xartiyasının qəbul olunması, yerli və regional demokratiyaya aid seçkilərin müşahidə olunması, sosial birlik, qlobal istiləşmə və sair aktual mövzular var. Həmçinin Konqresin 50 illiyinə həsr olunmuş dəyirmi masa da keçiriləcək. Konqresin sessiyasına dəvət olunmuş qonaqlar arasında Moskva meri Yuri Lujkov, Lixtenşteynin daxili işlər naziri Martin Meyer, Rabatın meri Omar Bəhraun və digərləri var. Azərbaycanı sessiyada 6 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin rəhbəri Naxçıvan bələdiyyələr assosiasiyasının sədri Anar İbrahimovdur. A. İbrahimovun APA-ya verdiyi məlumata görə, sabah sessiyada Avropa Şurasının baş katibi Terri Devisin çıxışından sonra, nümayəndə heyəti ona Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayacaq. /APA/
.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR