Bank Of Baku

Azərbaycan İtaliya və Tüyrkiyə ilə əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini dərinləşdirir

Azərbaycan İtaliya və Tüyrkiyə ilə əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini dərinləşdirir
# 30 may 2007 13:39 (UTC +04:00)
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov mayın 21-dən 23-dək Roma şəhərində İtaliya İnkişaf Kooperasiyası, İtaliya xarici İşlər Nazirliyi və Dünya Bankının birgə təşkil etdiyi “Şərqi Avropa və Mərkəzi Asiyada Gənclər: siyasətdən fəaliyyətə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, konfrans çərçivəsində keçirilən tədbirlərdə F.Ələkbərov İtaliyanın baş naziri Romano Prodi ilə görüşüb. Hər iki ölkənin müvafiq nazirlikləri arasındakı əlaqələrin əmək və sosial sahələrin inkişafına xidmət edəcəyini deyən R.Prodi Azərbaycana yenidən səfər etmək arzusunda olduğunu da söyləyib. İki dövlət arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə mayın 21-22-də F.Ələkbərovla İtaliyanın sosial həmrəylik naziri Paolo Ferrero və İtaliyanın əmək və sosial təminat naziri Çezare Damiano arasında görüşlər keçirilib. Görüşlərdə əmək, məşğulluq, sosial müdafiə, əmək miqrasiyası məsələləri geniş müzakirə olunub, hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq haqqında sazişlərin hazırlanması istiqamətində birgə səylərin göstəriləcəyi vurğulanıb. Görüşlərin nəticələrinə dair protokollar imzalanıb.
Mayın 24-dən 27-dək isə F.Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub. Səfərin ilk günündə nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Ankara şəhərində keçirilən 4-cü iclasında iştirak edib. Yekun olaraq iki ölkənin müvafiq nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyasının 4-cü iclasının protokolu imzalanıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR