Bank Of Baku

Ümumdünya Ərzaq Proqramı sentyabrdan Azərbaycandakı məcburi köçkünlərə ərzaq yardımını dayandıra bilər

Ümumdünya Ərzaq Proqramı sentyabrdan Azərbaycandakı məcburi köçkünlərə ərzaq yardımını dayandıra bilər
# 31 may 2007 09:35 (UTC +04:00)
Ümumdünya Ərzaq Proqramı (ÜƏP) sentyabrda Azərbaycandakı məcburi köçkünlərə ərzaq yardımını dayandıra bilər. Bu barədə APA-ya ÜƏP-nin Nəqliyyat və Təchizat Departamentinin rəisi Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, sentyabra kimi tələb olunan maliyyə vəsaiti toplanılmasa, qurum Azərbaycandakı məcburi köçkünlərə ərzaq yardımını dayandırmaq məcburiyyətində qalacaq. F. Hüseynov deyib ki, ÜƏP-nin köçkünlərə ərzaq yardımının paylanmasını nəzərdə tutan, 2006-2008-ci illəri əhatə edən layihəsinin dəyəri 15,6 milyon dollardır. Artıq donor ölkələr Azərbaycanın iqtisadi baxımdan inkişaf etməsini əsas gətirərək bu layihənin maliyyələşdirilməsinə az maraq göstərirlər. Hazırda ÜƏP Azərbaycanda 154 min köçkünə 4 çeşiddə ərzaq yardımı - 12 kq un, 1,2 kq bitki yağı, 900 qram şəkər tozu, 300 qram yodlaşdırılmış duz paylayır. Təşkilat buna il ərzində orta hesabla 7 milyon dollar vəsait xərcləyir. Qeyd edək ki, dünyanın ən iri humanitar təşkilatı olan ÜƏP 1994-cü ildən indiyə kimi Azərbaycandakı məcburi köçkünlərə 108 milyon ABŞ dolları dəyərində 142 min ton müxtəlif çeşidli ərzaq məhsulları paylayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR