Bank Of Baku

Qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün 1 iyun - uşaqları beynəlxalq müdafiə günü münasibətilə mərasim keçirilib

Qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün 1 iyun - uşaqları beynəlxalq müdafiə günü münasibətilə mərasim keçirilib
# 31 may 2007 10:22 (UTC +04:00)
Təhsil Nazirliyi, Beynəlxalq Tibb Korpusu və Dünyaya Baxış Təşkilatı qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün 1 iyun - uşaqları beynəlxalq müdafiə günü münasibətilə mərasim keçirib. APA-nın məlumatına görə, Beynəlxalq Təhsil Korpusunun rayonlarda İnkluziv Təhsil Proqramının koordinatoru Nailə Əliyeva bildirib ki, inkluziv (xüsusi qayğıya ehtiyacı olanların və öyrənmə prosesində çətinlik çəkənlərin cəmiyyətə inteqrasiyası) təhsil vasitəsilə 50 uşağın yeni həyata qədəm qoymasına nail olublar. O, valideynləri xüsusi qayğıya ehtiyacı olan uşaqlarını bu proqram çərçivəsində tədbirlərə cəlb etməyə çağırıb. Təhsil nazirinin müavini İradə Hüseynova hökumətin bu layihəyə dəstək verdiyini söyləyib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının əhəmiyyətindən danışıb. Beynəlxalq Tibb Korpusunun direktoru Adım Sirua və Dünyaya Baxış Təşkilatının rəhbəri Seyfu Terfi Azərbaycandakı 7 illik fəaliyyətləri haqda məlumat verib və ölkədə xüsusi qayğıya ehtiyacı olanların az olmadığını deyiblər. Sonra mərasim xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm əsərlərindən təşkil edilən sərgi və musiqi proqramı ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR