Bank Of Baku

Girov götürülmüş və sonradan azadlığa buraxılan qadınlara Hüquqi Yardım Mərkəzi yaradılıb

Girov götürülmüş və sonradan azadlığa buraxılan qadınlara Hüquqi Yardım Mərkəzi yaradılıb
# 01 iyun 2007 16:13 (UTC +04:00)
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşəbbüsü ilə Girov götürülmüş və sonradan azadlığa buraxılan qadınlara Hüquqi Yardım Mərkəzi təsis olunub. APA-nın məlumatına görə, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, ailə üzvləri əsirlikdə və ya girovluqda olanlara şəhidlərə verilən imtiyazlar şamil olunur. Bu isə həm hüquqi, həm də mənəvi baxımdan düzgün deyil. O, hökumətdən ailə üzvləri əsirlikdə və ya girovluqda olanlar barədə status təyin olunmasını istəyib. Sonra girov götürülmüş və sonradan azadlığa buraxılan 15 qadının şikayətinə baxılıb və onlara hüquqi yardım edilib. Qərara alınıb ki, bu cür şəxslər iki həftədən bir qəbul olunaraq, problemləri öyrənilsin. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR