Bank Of Baku

Sumqayıtda enerji daşıyıcılarından istifadəyə görə yığım prosesinə həsr olunmuş müşavirə keçirilib

Sumqayıtda enerji daşıyıcılarından istifadəyə görə yığım prosesinə həsr olunmuş müşavirə keçirilib
# 05 iyun 2007 13:39 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətində enerji daşıyıcılarından istifadəyə görə yığım prosesinin vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, icra hakimiyyəti başçısı Vaqif Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Sumqayıtda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri, həmçinin hüquq-mühafizə orqanlarının təmsilçiləri iştirak ediblər. Ötən dövr ərzində təbii qazdan istifadənin dəyərinin ödənilməsi istiqamətində Sumqayıtda mühüm işlər görüldüyünü deyən V.Əliyev qaz sayğaclaşdırılmasının artıq başa çatdığını bildirib: “Bu da öz növbəsində yığım səviyyəsinə təsir göstərib. Ötən ilin əvvəllərində əhalinin ödənişləri 15-20% səviyyəsində olduğu halda, son aylar bu göstərici 90%-ə çatıb”.
V.Əliyevin sözlərinə görə, qaz pulunun yığılmasında irəlləyişlər olsa da, elektrik enerjisinin dəyərinin ödənilməsində vəziyyət qənaətbəxş deyil. Hazırda Sumqayıtda əhali kateqoriyası üzrə yığımın səviyyəsi 40-60% arasında dəyişir.
“Sumqayıtelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Fəxri Məmmədov isə nöqsanların tezliklə aradan qaldırılacağını və ödəniş səviyyəsinin 100%-ə çatdırılacağını vurğulayıb. F.Məmmədov əlavə edib ki, sayğaclara qeyri-qanuni müdaxilə edən, o cümlədən, nəzarətçilərin işinə mane olan abonentlər barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR