Bank Of Baku

“Tolerantlıq” Sosial Tədqiqatlar Birliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib

“Tolerantlıq” Sosial Tədqiqatlar Birliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib
# 06 iyun 2007 14:55 (UTC +04:00)
Azərbaycanda daha bir qeyri-hökumət təşkilatı - “Zerkalo” qəzetinin əməkdaşı Azər Rəşidoğlunun rəhbərlik etdiyi “Tolerantlıq” Sosial Tədqiqatlar Birliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. A. Rəşidoğlunun APA-ya verdiyi məlumata görə, birlik tanınmış jurnalistlər, politoloqlar, iqtisadçılar tərəfindən yaradılıb. Qurumun məqsədi tolerantlıq prinsiplərini ictimaiyyətin bütün sahələrində təbliğ etməkdir. Birliyin təşkilatçılığı ilə bu mövzuda ictimaiyyətlə KİV arasında münasibətlərin formalaşmasına yardım etmək məqsədilə sosial sorğular, treninqlər keçirilməsi, qısametrajlı filmlər çəkilməsi nəzərdə tutulub. Birlik sədri deyib ki, onlar heç bir siyasi qüvvənin təsiri altına düşməyəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR