Bank Of Baku

İyunda Azərbaycanın bir neçə rayonunda Aztəminatlı ailələrin sosial reablitasiyası Proqramının icrasına başlanacaq

İyunda Azərbaycanın bir neçə rayonunda Aztəminatlı ailələrin sosial reablitasiyası Proqramının icrasına başlanacaq
# 06 iyun 2007 16:01 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyun ayı ərzində bir neçə rayonda Aztəminatlı ailələrin sosial reablitasiyası Proqramının icrasına başlayacaq. “APA-Economics”in bildirdiyinə görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib.
İ.Rəhimovun sözlərinə görə, pilot layihələr qismində İsmayıllı, Bakının Nizami və bir neçə digər rayon seçilib: “Proqram çərçivəsində aztəminatlı ailələrə ünvanlı yardımlardan fərqli olaraq iş və peşə təminatı, səhiyyə, təhsil və s. köməkliklər göstəriləcək. Layihə 13 istiqamət üzrə həyata keçiriləcək”.
İ.Rəhimov əlavə edib ki, Aztəminatlı ailələrin sosial reablitasiyası Proqramı təxminən 90 min ailəni əhatə edəcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR