Bank Of Baku

Rusiya telekanallarının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı yaradılan İşçi qruplar sabah Moskvada görüşəcək

Rusiya telekanallarının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı yaradılan İşçi qruplar sabah Moskvada görüşəcək
# 07 iyun 2007 09:45 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, Azərbaycanın İşçi Qrupunun üzvləri bu gün Rusiya paytaxtına yola düşüblər: “Hesab edirəm ki, müzakirələrdə həm Rusiyanı, həm də Azərbaycanı qane edən qərar qəbul ediləcək, mövcud situasiyaya uyğun addım atılacaq”.
MTRŞ sədri deyib ki, İşçi qruplar arasında müzakirələr başa çatandan sonra Rusiya və Azərbaycan hökumətləri arasında müqavilə imzalanacaq: “Məsələ bu ayın sonuna qədər həll ediləcək”.
Qeyd edək ki, Azərbaycanın İşçi Qrupu Moskvaya Rusiya kanallarından birinin Azərbaycanda, əvəzində isə AzTV-nin Rusiya ərazisində paritet əsaslarla yayımlanmasını özündə əks etdirən təkliflər paketi aparıb. Azərbaycan tərəfi təklif edir ki, Rusiya telekanalları ölkəmizin ərazisinin 72 faizindən çoxunda yayımlandığı üçün AzTV də həmin ölkənin ərazisində eyni dərəcədə yayımlanmalıdır.
Xatırladaq ki, MTRŞ-nin iyulun 10-da Azərbaycanda xarici ölkələrə məxsus kanalların yayımının dayandırılması barədə qərar qəbul edib. Türkiyənin TRT-1 kanalının yayımı ilə bağlı bağlanan müqavilənin müddəti başa çatmadığına görə, bu qərar hələlik həmin kanala aid deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR