Bank Of Baku

Lənkəran TV-nin yerinə başqa kanal yayımlanacaq

Lənkəran TV-nin yerinə başqa kanal yayımlanacaq
# 07 iyun 2007 09:51 (UTC +04:00)
Lənkəran TV-nin yayımının dayandırılması qurumun təsisçiliyində olan problemlərlə bağlıdır. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, adı çəkilən TV-nin təsisçiliyinin 30 faizi Lənkəran İcra Hakimiyyətinə məxsus olduğundan MTRŞ Lənkəran TV-nin lisenziya müddətinin uzadılmaması barədə qərar verib: “Qanunvericiliyə görə dövlət orqanları televiziya və radio təsisçisi ola bilməz. Lənkəran TV ilə bağlı olan bu məsələ uzun zaman idi ki, həll olunmamışdı və məhkəmə predmetinə çevrilmişdi. Ona görə də qərar verdik ki, artıq bu qədər gözləmək olmaz”. Şura sədri bildirib ki, Lənkəran TV-nin tezliyini tutmaqla bağlı müsabiqə elan ediləcək və iki ay ərzində Lənkəranda başqa televiziya kanalı fəaliyyət göstərəcək.
N. Məhərrəmli deyib ki, MTRŞ-də başqa bir regional kanalın Zaqatalada yayımlanan “Aygün” TV-nin lisenziyası ilə bağlı məsələyə də baxılacaq. MTRŞ sədrinin sözlərinə görə, bu, lisenziyaların dəyəri ilə bağlı məsələ yaxın zamanlarda həll ediləndən sonra baş verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR