Bank Of Baku

Xanlarda Qarabağ şəhidləri və müharibə veteranları üçün 16 mənzilli bina tikilir

Xanlarda Qarabağ şəhidləri və müharibə veteranları üçün 16 mənzilli bina tikilir
# 07 iyun 2007 12:06 (UTC +04:00)
Xanlar rayonunda Qarabağ şəhidləri və müharibə veteranları üçün nəzərdə tutulan yaşayış binasının yaxın 2-3 aya təhvil verilməsi nəzərdə tutulur. Bu barədə APA-nın qərb bürosuna Xanlar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Turani Əliyev məlumat verib. Onun sözlərinə görə, artıq binanın üst örtüyünün vurulması başa çatmaq üzrədir. T. Əliyev onu da əlavə edib ki, 16 mənzilli bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına inşa edilir. Binanın inşası üçün Xanlar RİH Göy-göl yolunun üzərində 0,5 hektar ərazi ayırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR