Bank Of Baku

Mayda Azərbaycanda qeyri-ərzaq malları 0,5%, pullu xidmət tarifləri isə 0,2% bahalaşıb, ərzaq məhsulları isə 0,8% ucuzlaşıb

Mayda Azərbaycanda qeyri-ərzaq malları 0,5%, pullu xidmət tarifləri isə 0,2% bahalaşıb, ərzaq məhsulları isə 0,8% ucuzlaşıb
# 07 iyun 2007 14:31 (UTC +04:00)
Mayda Azərbaycanda aprel ayı ilə müqayisədə qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmət tarifləri 0,2% bahalaşıb, ərzaq məhsullarının qiymətləri 0,8% ucuzlaşıb və nəticədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 99,7% təşkil edib. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ay ərzində istehlak bazarında buğda ununun, yulaf və arpa yarmasının, mal ətinin, toyuq və toyuq budunun, təzə və dondurulumuş balığın, kərə yağının, marqarinin, yumurtanın, südün, şəkər və şəkər tozunun, spirtli içkilərdən konyakın, meyvələrdən bananın, tərəvəzlərdən kələmin, xiyar və pomidorun, soğanın, kartofun, göyərtinin qiymətləri ucuzlaşıb, düyünün, manna və qarabaşaq yarmalarının, makaron məmulatlarının, qoyun ətinin, konservlərin, kolbasa və sosiska məmulatlarının, mineral suların, dondurmanın, pivənin, limonun, portağalın, almanın, armudun, şabalıdın, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kökün qiyməti bahalaşıb.
May ayında qeyri-ərzaq mallarından yarımyun kamvol parçanın, uzunqol və qısaqol köynəklərin, corab məmulatlarının, isti çəkmələrin, tikinti materiallarından sementin, kəsilmiş taxtaların, məişət avadanlıqlarından qızdırıcıların, ventilyatorların, təsərrüfat mallarından qazanın, ətçəkənin, şüşə və büllur güldanın, dərman preparatlarının, dəftərxana ləvazimatlarından yazı kağızlarının qiymətləri ucuzlaşıb, digər qeyri-ərzaq mallarından yay üst geyimlərinin, kişi və qadın üçün dəri ayaqqabıların, tikinti mallarından nitro və sulu boyanın, laminat parketin, parket üçün lakın, mebel dəstlərinin, döşəmə örtüklərinin, elektrik avadanlıqlarının, avtomobil üçün amortizatorların, mühərrik üçün yağın, tormoz mayesinin, kosmetik vasitələrin, qızıl əşyalarının, uşaq oyuncaqlarının qiymətləri isə bahalaşıb. Əhaliyə göstərilən pullu xidmətlərdən ay ərzində ictimai iaşə müəssisələrinin xidmət tariflərində, mehmanxana və turizm xidmətləri tariflərində, dəniz sərnişindaşıma nəqliyyatında, məişət texnikasının təmiri tariflərində artım müşahidə olunub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR