Bank Of Baku

Yanvar-may aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 14% artıb

Yanvar-may aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 14% artıb
# 07 iyun 2007 14:59 (UTC +04:00)
Cari ilin yanvar-may aylarında Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2006-cı ilin müvafiq dövrünün göstəricisini 14,3% üstələyərək 2,9 mlrd. manat təşkil edib. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dövriyyənin 16,2%-i hüquqi şəxslərin, 48,5%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fərdi sahibkarların, 35,3%-i isə digər yerlərdə istehlak mallarının satışı ilə məşğul olan fiziki şəxslərin hesabına formalaşıb.
Hesabat dövründə ticarət şəbəkələrindən əhaliyə 1,9 mlrd. manatlıq ərzaq, 1 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb və 2006-cı ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 11,7% və 20,2% artm olub. Beş ay ərzində əhaliyə 797,9 mln. manatlıq və ya 32,8% çox pullu xidmət göstərilib. Xidmətin 75,2%-i hüquqi, 24,8%-i fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 34,1% və 29,2% çox xidmət göstərilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR