Bank Of Baku

Kəmaləddin Heydərov: “Qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin üzərində evlərin tikintisi Fövqəladə Hallar Nazirliyini narahat edir”

Kəmaləddin Heydərov: “Qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin üzərində evlərin tikintisi Fövqəladə Hallar Nazirliyini narahat edir”
# 08 iyun 2007 10:22 (UTC +04:00)
“Qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin üzərində evlərin tikintisi Fövqəladə Hallar Nazirliyini narahat edir”. APA-nın məlumatına görə, bunu iyunun 8-də keçirilən kollegiya iclasındakı çıxışı zamanı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. K. Heydərov bildirib ki, bu gün Yeni Əhmədli yaşayış massivində qaz kəməri üzərində tikilən evdə partlayış baş verib. Nəticədə evin üç sakini xəsarət alıb. Hadisəyə səbəb evin qaz kəməri üzərində yerləşməsi olub. Nazir qeyd edib ki, bələdiyyələr, icra hakimiyyətləri evlərin tikilməsinə sərəncam verir. Yüksək gərginlikli elektrik xətlərinin altında çoxlu sayda ev tikilir. Bu problemin həlli üçün ya əhalinin, ya da elektrik xətlərinin köçürülməsinə ehtiyac var: “Ən münasib variant əhalinin köçürülməsidir. Binəqədi, Köhnə Əhmədli, Xırdalan və Abşeronda qaz xətlərinin üzərində evlər tikilir. Biz bir daha bildiririk ki, belə hallara yol verməyəcəyik. Zirzəmilərdə, binaların bloklarında yerləşən şitlərdə, zavodların enerji bloklarında nöqsanlar mövcuddur və bunların yığışdırılması vacibdir. Qəzalar, yanğınlar məhz buna görə yaranır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR